Türkiyənin Qaziantep şəhərində həyat yoldaşından ayrılan şəxs 3 yaşlı qızını girov götürüb.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Gümüştəkin məhəlləsindəki 3 mərtəbəli binanın üçüncü mərtəbəsində yaşayan 40 yaşlı M.Z.B. qızı Sevdanı girov götürərək bəzi əşyaları evdən çölə töküb. Qonşular hadisə barədə polisə məlumat verib. Əraziyə polis və təcili tibbi yardım maşını cəlb olunub. Evi yandırmaq istəyən şəxs polis qüvvələrinin saat yarımlıq söhbətindən sonra fikrindən daşınıb. Həmin şəxsin bir ay əvvəl həyat yoldaşı Ö.B. ilə mübahisə etdiyi və ayrı yaşadıqları bəlli olub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub