Konqoda 400 000-dək uşaq acından ölə bilər, yaxın yarım il ərzində ölkədə ərzaqla bağlı vəziyyətin normallaşacağı proqnozlaşdırılmır.
Mynews.az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə UNİCEF-in məlumatında qeyd olunur.
“Kasai bölgəsində azı 400 mindən artıq zəif uşaq acından ölə bilər. Faciəvi vəziyyətin yaranmasına səbəb zorakılıq, insanların kütləvi şəkildə yerdəyişməsi və son 1,5 il ərzində kənd təsərrüfatı işlərinin kəskin azalmasıdır”, - deyə BMT-nin uşaq fondundan bildirilib.
Cari ildə əkin mövsümü səmərəsiz keçdiyindən humanitar vəziyyətin azı 2018-ci ilin iyununadək çox ağır olacağı proqnozlaşdırılır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub