"Göz yaşlarım saqqalıma süzülürdü" Ata oğlunu doğdu - VİDEO - FOTOLAR

1054

Oğlumu dünyaya gətirdiyimə görə çox bəxtəvərəm. Onun həm atası, həm də anasıyam. Yeni həyatımda yeni övladımla yaşamaq çox gözəl hissdir.

"Göz yaşlarım saqqalıma süzülürdü" Ata oğlunu doğdu - VİDEO - FOTOLAR

Mynews.az Milli.Az-a istinadən bildirir ki, ABŞ-ın Viskonsin ştatında yaşayan 30 yaşlı Kaçi Sallivan ikinci övladını dünyaya gətirib. Oğlana Feniks adı verilib.

Kaçi 5 il əvvələdək adın idi. 2012-ci ildə cinsini dəyişərək kişi olmaq qərarına gələn kaçi kişi testosteron hormonlarını qəbul edərək hormonal terapiya kurslarına başlayıb. 2013-cü ildə isə o, ikiqat mastoektomiya əməliyyatına məruz qalıb.

Kaçinin 5 yaşlı Qreyson adlı oğlu da var. Cinsini dəyişmək qərarını açıqlayandan sonra Kaçi ərindən boşanıb. Bir müddət sonra isə o, Stiven Sallivanla yaşamağa başlayıb.

Kaçi və 27 yaşlı Stiven indi birlikdə yaşayırlar, nikahlarını da rəsmiləşdiriblər.

Transgender Kaçi ikinci övladının cinsiyyəti ilə bağlı suallara da cavab vermək istəmir: "Axı bunun nə fərqi var ki?! İnsandır, vəssəlam. Sənədlərdə də onun cinsi mənsubluğunu "neytral" kimi göstərəcəyəm".

Kaçi hamiləlik dövründə çəkilmiş fotoları və videoları sosial şəbəkələrdəki akkauntlarda paylaşıb.

"Fevralda ikinci övladımı dünyaya gətirmək istədiyimi Sallivana dedim. Andi arzum gerçəkləşib. Hospitalda Feniskin doğulduğunu mənə deyəndə, sonra da övladımı qucağıam verəndə ağlayırdım. Göz yaşlarım saqqalımdan süzülürdü", - Kaçi Sallivan deyib.

 

Onun sözlərinə görə, sosial şəbəkələrdə aşağılanır, təhqir olunur. Cəmiyyətin hələ də "uşaq doğan kişi" obrazını qəbul edə bilməməsindən şikayətlənən K.Sallivanın sözlərinə görə, tabuları və absurd təsəvvürlərə artıq eyninə almır.

"İkinci övladımı da nə kişi, nə də qadın kimi böyütməyəcəyəm. Cinsi neytral olacaq. Qoy yetkinlik yaşına çatanda kim olacağına özü qərar versin", - incəsənətdə aktivimizi təbliğ edən "TransLiberation Art Coalition"un rəhbəri K.Sallivan söyləyib.

O, 19 yaşında ərə getdiyini, amma cəmi bir il sonra qadın kimi yaşamaqdan çətinlik çəkdiyini söyləyib.

"Cinsi mənsubluq baxımından qadın idim. Lakin qadın ola bilmirdim, olmaq istəmirdim. Sürəkli depressiyada idi, çox içirdim. Çıxış yolu vardı və o, cinsiyyətimi dəyişməkdi. Oğlum 3 aylıq olanda ərimə dedim ki, transseksualam. Sanki, çiynimdən yük düşdü. İndi sevdiyim insanla normal həyat yaşayıram. Doğrudur, tanışlarımın və dostlarımın əksəriyyəti məndən üz döndərib. Amma olsun..." - Kaçi Sallivan deyib.

Xəbər lenti