89-cu Oskar mükafatlandırma Mərasiminə saatlar qalır
Bütün dünyanın maraqla gözlədiyi Oskar Mükafatlandırma Mərasiminə saatlar qalır. İstiPress-in xarici kiv-nə istinadən verdiyi məlumata görə, mərasim öncəsi həyəcanla gölənilən həm də ABŞ prezidenti Donald Trampın tədbirdə baykot edilib-edilməyəcəyidir.
Dəfələrlə mükafatlandırma mərasiminə qatılmış prezident Donald Tramp isə mərasimi ekrandan izləməyəcəyini, onun əvəzində Ağ Evdə valilələrə verəcəyi ziyafətə ev sahibliyi edəcəyini deyib. Onun ziyafət üçün qəsdən belə bir vaxt təyin edildiyi də iddia edilir. Tramp daha öncə 2001, 2004, 2006 və 2011-ci illərdə Oscar Mərasimini Kodak, adı dəyişəndən sonra Dolby teatrında izləyib.
Ehtimallar arasında iranlı rejissorun mükafatından imtina edəcəyi də yer alıb. "Ən yaxşı əcnəbi film" nominasiyasında favorit sayılan iranlı Asghar Farhadinin prezident Trampın 7 müsəlman ölkəsinə viza qadağısını baykot etmək üçün "Satıcı" əsəri üçün Los Ancelesə gəlməməyə qərar verməsi təşkilatçıları çətinə salıb. İddialara görə, Fərhadi qalib gəlsə belə mükafatı almayacaq.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub