Türkiyəli iş adamı Nemət Tarlak doğma oğlunu öldürüb.
BiG.AZ xəbər verir ki,30 ildən çoxdur İzmirdə ayaqqabı istehsal edən şirkətin rəhbəri olan Nemət Tarlak oğlu Buraka iki dəfə atəş açıb.
Məlumatlara görə, Burak hadisə baş verən gecə şirkətə gələrək, atasından pul istəyib. Nemət oğluna pul vermədikdə onların arasında mübahisə düşüb. Oğul üzərində gəzdirdiyi bıçaqla atasına hücum edib. Bu zaman Nemət cibindəki tapançadan Buraka atəş açıb.
Oğul hadisə yerində ölüb, ata isə polis tərəfindən saxlanılıb.
İlkin dindirilmə zamanı iş adamı cinayəti etiraf edib: "Oğlum işləmir, narkotik istifadəçisidir. Məndən pul istədi, vermədim. Bir neçə dəfə pul üstündə mübahisəmiz olub. Axırıncı dəfə özümü saxlaya bilmədim, atəş açdım. Çox peşmanam".
4 il əvvəl Özgə Tarlakla evlənən Burakın hadisə baş verən gecə oğlu dünyaya gəlib. Özgə oğluna Burakxan adını verib.

1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub