"Ölkə.Az" xəbər verir ki, 25 yaşlı qadın İnstaqramda keçmiş sevgilisinin başqa bir qadını dostluğa qəbul etdiyini görərək əsəbləşib. Qısqanclıqdan dəliyə dönən qadın keçmiş sevgilisini bıçaqlayaraq öldürüb.
Hadisə Londonda baş verib. 25 yaşlı Hasna Begum Kannin1 qəsəbəsində yaşayan keçmiş sevgilisinə 36 bıçaq zərbəsi endirib.
İtalyan əsilli Pietro Sanna DJ olaraq işləyirmiş. Pietrodan ayrılan Hasna onu sosial şəbəkədə izləyirmiş. Günlər keçdikcə qadın daha çox qısqandığını hiss edib. Pietronun İnstaqramda dostluğuna başqa qadın qəbul etməsi səbrin son damlası olub. Bir müddət keçmiş sevgilisini təqib edən Hasna dostluğa qəbul edilən qadına "sən eybəcər bir fahişəsən" ismarıcını göndərib.
Sarı parik taxaraq dəri əlcəklə sevgilisinin evinə girən qadın cinayəti işlədikdən sonra meyitin mobil telefonunu da götürüb. O, keçmiş sevgilisinin bütün sosial şəbəkə səhifələrini silib.
Məhkəmənin hökmü ilə Hasna Begum 20 il müddətinə azadlıqdan məhrum edilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub