Məhkəmə qərarını eşidən nazir qaçaraq gizlənib
Nazir cinayət şübhəlisi olaraq axtarışa verildi. İstiPress-in məlumatına görə, Hindistanda, Madhya Pradeş vilayətinin xoşbəxtlik naziri Lal Sing Arya şübhəli şəxs qismində istintaqa cəlb edilib. Məhkəmə onun saxlanması haqqında qərar verib. Lakin nazir qərar verilən gündən itkin düşüb.
Arya müxalifətdən olan siyasətçilərdən birinin qətlində şübhəli bilinir. Cinayət hadisəsi 2009-cu ildə baş verib. Aryanın məhkəmə prosesi dekabrın 19-na təyin edilib.
Madhya Pradeş Hindistanın xoşbəxtlik nazirliyi olan yeganə vilayətidir. Nazirlik ötən il təsis edilib. Əsas məqsədi isə insanların öz rifahları üçün potensiallarının fərqinə varmalarını təmin etmək, bunun üçün münbit şərait yaradaraq onları xoşbəxt etməkdir.
Hindistanın ən böyük ikinci vilayətində 70 milyona yaxın insan yaşayır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub