İraqdakı körpə uşaqların yaxınlarına ŞAD XƏBƏR - VİDEO
"Müharibə zonalarında qalan azərbaycanlı uşaqların vətənə qaytarılması üçün Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə aidiyyəti qurumlarla işlər görülür. Artıq 20-yə yaxın azərbaycanlı uşaq düşərgələrdə müəyyənləşib və onların Azərbaycana gətirilməsi istiqamətində işlərə başlanılıb".
Mynews.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyib. Sədr müavini bildirib ki, həmin uşaqların valideynlərinin hər ikisi münaqişələrdə dünyalarını dəyişib: "Təbii ki, ilk növbədə, onlar müayinədən keçirilməlidir. Onların nə zaman ölkəyə gətirilməsi İşçi Komissiyasının işindən asılıdır. Məlumatlar var ki, uşaqların sayı 20-dən çoxdur. Ona görə də sayın dəqiqləşdirilməsi və hamısının ölkəyə gətirilməsi üçün işlər həyata keçirilir".
S.Heydərov xatırladıb ki, bu günə qədər 900-ə yaxın Azərbaycan vətəndaşı münaqişəyə qoşulmaq üçün İraqa və digər ölkəyə gediblər: "Onlardan 300-ə yaxını münaqişələrdə vəfat edib. 205 nəfərin Azərbaycan vətəndaşlığı ləğv olunub. 95 nəfər artıq məsuliyyətə cəlb olunub. Həmin ərazilərdə və ya üçüncü ölkədə gizlənən vətəndaşlarımız barədə də məlumatlar var. Onların da müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunması istiqamətində müvafiq tədbirlər görülür".