İnternetdə rekordu qırmaq məqsədiylə ağaca bağladığı 14 yaşlı qardaşına işgəncə verdiyi anları kameraya çəkdiyi deyilən böyük qardaş ilə qohumu barəsində cinayət işi açılıb.
Mynews.az milli.az-a istinadən xəbər verir ki, S.Z.O. (14) Qurban bayramında ailəsi ilə Ankaranın Kızılcahamam qəsəbəsinə gedib. Böyük qardaşı Ö.R.O. (16) qardaşına "Sosial şəbəkədə yayımlamaq üçün səni ağaca bağlayıb, videonu çəkəcəyik" deyib.
Böyük qardaşla qohumu Z.O. (18) S.Z.O-nu iplə ağaca bağlayaraq üzərinə su və qoyun nəcisi tökərək ağacla döyüb.
Bu anları kameraya çəkən uşaqlar görüntü sonra internetə yükləyiblər.
Görüntüyü internetdə izləyən bir nəfər polisə şikayət edib.
Polislər Ö.R.O-nu saxlasalar da, Z.O. tapılmayıb.
S.Z.O polisə verdiyi ifadədə internetə yükləmək üçün qardaşının ona ağaca bağlayıb videoya çəkmək təklifi etdiyini, özünün də bu təklifi qəbul etdiyini bildirib.
Görüntülərin daha real görünməsi üçün Z.O-nun onu vurduğunu və çəkdikləri videonu izlənmə rekordu qırmak məqsədi ilə sosial şəbəkələrə yüklədiklərini bildirən S.Z.O böyük qardaşı və Z.O-dan şikayət etmədiyini deyib.

1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub