36 yaşlı cərrah Kristofer Douson iki azyaşlı övladını güllələyərək qətlə yetirəndən sonra intihar edib.
Milli.Az Chron.com-a istinadən bildirir ki, Kristofer Dousonun ailəsi avqust ayında ABŞ-ın Texas ştatındakı Nors Riçlend Hills şəhərinə köçmüşdü. Cərrahın xanımı ilə iki övladı - 9 yaşlı Lyuk və 5 yaşlı Obri də yeni evi çox bəyənmişdilər.
Kristofer Douson sentyabrın 4-də "Baylor Scott & White Medical Center-Waxahachie"də işə düzəlmişdi. Lakin oktyabrın 20-də o, qəflətən ihdən çıxıb.
Dekabrın 9-da, gecə saatlarında isə K.Dousonun xanımı Reyçel Douson polisə gəng vuraraq "Ərim uşaqlarımızı öldürdü!" deyib. Hadisə yerinə yollanmış polislər Lyuk və Obrini güllələnərək qətlə yetirildiyini görüblər.
Polisdən verilən məlumata görə, Kristofer Douson uşaqlarını güllələyəndən sonra intihar edib.
R.Douson şok vəziyyətində olduğundan polisə ifadə verə bilmir.
Dəhşətli cinayətin motivləri bəlli deyil.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub