Əvvəllər xəstəxana kimi fəaliyyət göstərmiş evin təhlükəsizlik kameralarına düşən görüntülər dünya mediasını şoka salıb.
Əslən İngiltərədən olan Stefan Li adlı şəxs əvvəllər xəstəxana kimi fəaliyyət göstərmiş evində yerləşdirdiyi təhlükəsizlik kameralarına baxdıqdan sonra evinə girə bimir. O, iddia edir ki, evində ruhlar gəzişir.
Sosial şəbəkələrə yüklənən görüntülər izləyənləri dəhşətə gətirib. Kamera görüntülərində evdə saxladığı itini müşahidə edən Stefan otaqda qeyri-adi hərəkətlərin baş verdiyini müşahidə edib. Sol tərəfdə bağlı olan qapının içərisindən insana bənzər 2 ağ işıq keçdiyini görən Stefan evdə qeyri-adi məxluqların olduğuna əmin olduğunu deyir.
Bundan əlavə, Stefanın sözlərinə görə, iti heç kim olmadığı halda boş divara qarşı dayanıb durmadan hürür. Masanın üzərindəki əşyalar öz-özünə yerə düşür, pəncərə birdən-birə açılır və s.
Stefan Linin qeyd etdiyi görüntüləri internetdə paylaşmasının ardından izləyicilərin yazdığı fikirlərdə də evdə ruhların olduğuna inananların sayı çox olub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub