Polşa Senatı bazar günü ticarətini mərhələli şəkildə qadağan edən qanun layihəsinə səs verib.
Bu barədə Report xarici mətbuata istinadən məlumat yayıb.
İstisna olaraq bazar günlərində ancaq kiçik mağazalar işləyəcək. Qeyd edilir ki, Polşa bazar günlərində alış-verişdən tədricən imtina edəcək.
“KAN” agentliyi isə bundan əvvəl qanun layihəsinin Polşa parlamentinin aşağı palatası – Seymi tərəfindən təsdiqləndiyini bildirib.
Prosedur üç mərhələdən ibarətdir – 2018-ci ilin 1 martından ticarət mərkəzlərinə və supermarketlərə ancaq ayın birinci və sonuncu bazar günlərində işləməyə icazə veriləcək. 2019-cu ilin yanvarından isə yalnız ayın sonuncu bazar günü işləməyə icazə veriləcək. Sonuncu mərhələdə – 2010-ci ildə bazar günü ticarəti tamamilə qadağan olunacaq.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub