“Twitter” Sosial İnnovasiyalar Müdiri Klaire Diaz Ortiz sosial mediadan istifadənin gənclər arasında intihar hallarının birbaşa artım göstəricilərini açıqlayıb.
Mynews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ortiz bu il sosial medianın depressiyaya səbəb olduğunu kəşf etdiklərini bildirərək son dövrlər ABŞ-da gənclərin və xüsusilə də qız uşaqlarının getdikcə daha çox intihar haqqında düşündüklərini, bu yolu seçdiklərini bildirib. Ancaq Ortizə görə sosial media eyni zamanda “yaxşılıq vasitəsi” olaraq da geniş istifadə olunmaqdadır.
Araşdırmalar zamanı intihar hallarının daha çox qız uşaqları arasında artdığına diqqət çəkən Ortiz ailələrə bu yöndə məsləhətlər verib: “Gənclər üçün internetdə keçirdikləri vaxtı azaltmaq, kompüter və televizoru yataq otağından çıxarmaq, telefonları yemək masasından uzaq qoymaq, hər gecə yatmazdan əvvəl sonuncu dəfə telefona baxmaqdan imtina etmək və istirahət günlərində də bu cihazlardan uzaq qalmaq başlanğıc üçün gözəl addım olacaq”.

1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub