Meyidlər maye halında kanalizasiyaya axıdılır
Cənazələrin dəfn edilməsi vəya yandırılmasından əlavə bəzi ölkələrdə maye halına gətirilmə prosesi də artıq icra olunur. İngiltərənin qərbi Midlands bölgəsində fəaliyyət göstərən Rowley Regis adlı meyid yandırma firması ABŞ-ın bəzi bölgələrində artıq yayılmış bu prosesi İngiltərədə də icra etməyi düşünür. Bunun üçün firma Sandwell bələdiyyəsindən razılıq alıb.
Lakin dəyəri 300 min funt sterlinq olan bu sistemə “Water UK” adlı su şəbəkələri qurumu etirazını bildirib. Kanalizasiyaya töküləcək mayenin ticari tullantı kimi dəyərləndirməyin doğru olmadığını bildirən qurum, ərimiş meyid qalıqlarının kanalizasiyaya axıdılmasını qəbul etməyəcəklərini bildirib.
Qeyd etmək lazımdır ki, prosesin icrası üçün meyid resomator adlanan qurğuya yerləşdirilir. Balon şəklində çəni olan qurğu 152 dərəcədə qızdırılır. Maye halına salınmış 1500 litrlik meyid xüsusi çəndə soyudulur və kanalizasiyaya axıdılır. Proses zamanı bəzi sümümklər toz halına salınıb yaxınlarından xatirə olaraq ailələrinə verilir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub