Rusiya Dövlət Duması bu ölkənin təbii qazının Türkiyəyə nəqlini nəzərdə tutan və iki boru xəttindən ibarət olan “Türk axını” qaz boru kəməri (“Turkish Stream”) layihəsi üzrə hökumətlərarası sazişi ratifikasiya edib.
Mynews.az AZƏRTAC-a istinadən xəbər verir ki, dumanın məlumatında layihənin Türkiyə və Avropaya təbii qazın təhlükəsiz və tranzit riski olmadan nəql edilməsinə imkan yaradacağı deyilir. Bildirilir ki, qaz boru kəmərinin ilk xətti ixrac rüsumları şəklində Rusiya büdcəsinə ildə 750 milyon ABŞ dolları həcmində vəsait qazandıracaq.
Xatırladaq ki, ötən il dekabrın 16-da Rusiya hökuməti “Türk axını” qaz boru kəməri üzrə müqavilənin təsdiq olunması barədə qanun layihəsini qəbul edib. “Türk axını” müqaviləsinin qəbul olunması üzrə qanun layihəsinin təsdiq edilərək Dövlət Dumasına göndərilməsinə qərar verilib.
Dekabrın 6-da isə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya təbii qazını Qara dənizi keçməklə Türkiyəyə çatdıracaq “Türk axını” qaz boru kəməri layihəsi üzrə iki ölkə arasında imzalanan hökumətlərarası sazişi ratifikasiya edib.
Oktyabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putinin görüşündə “Türk axını” qaz boru kəməri layihəsi üzrə hökumətlərarası saziş imzalanıb. Sazişi Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak və Rusiyanın energetika naziri Aleksandr Novak imzalayıblar.
“Türk axını” ilə Rusiya təbii qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə ümumilikdə 31,5 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.
1
Qətərdə fövqəladə vəziyyət elan edildi
1339 dəfə oxunub
2
İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi
1337 dəfə oxunub
3
"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək
1331 dəfə oxunub
4
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
1323 dəfə oxunub
5
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1289 dəfə oxunub