Yəməndəki şiə Husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada atdığı raket müharibənin şiddətlənməsinə səbəb olub.
Mynews.az Metbuat.az-a istinadən xəbər verir ki, səudiyyəlilərin rəhbərlik etdiyi koalisiya qüvvələri raket hücümunun ardınca Yəməndəki İran dəstəkli üsyançıların mövqelərinə hava hücumu edib.
Hücum zamanı Yəmənin Şəbvə şəhərində bir evi bombalanıb. Yerli mənbələr hadisə nəticəsində ən azı 14 nəfərin öldüyünü bildirib. Ölənlərin çoxu uşaqlar və qadınlardır.
Ötən gün Yəməndən Səudiyyə Ərəbistanı kralının sarayına hədəflənmiş raketin görüntüləri paylaşılıb. Husilərin media təşkilatı tərəfindən paylaşılan görüntülərdə raketin haradan atıldığı ilə bağlı məlumat yoxdur.

Xatırladaq ki, Husilər keçən ay Ər-Riyada raket hücumu etmişdilər. Beynəlxalq hava limanının yaxınlığına düşən raket Yaxın Şərqdəki əzəli düşmənlər İran və Səudiyyə Ərəbistanını bir-birinə qarşı qoymuşdu.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub