Ukraynada nikaha daxil olmaq istəyən kişilər qarşısında yeni tələb qoyulub.
Mynews.azTrend-ə istinadən bildirir ki, Ukrayna Ədliyyə Nazirliyinin əmrinə əsasən, nikah qeydiyyatından əvvəl kişilər hərbi komissarlıqlara müraciət etməli və nikah məmuruna qeydiyyat haqqında arayış təqdim etməlidirlər.
Bildirilir ki, bununla vətəndaşlar nikahdan öncə hərbi komissarlıqlara müraciət etdikdə, onların artıq evli olmaları barədə məlumat bazaya daxil ediləcək.
Qeyd olunur ki, bu qərar bu ilin əvvəlində qəbul edilsə də, bir çox şəhər və vilayətlərdə buna tələbə əməl olunmur. Eləcə də paytaxt Kiyevdə bu qərarla bağlı hələ də nöqsanlar olduğu bildirilir.
Məlumata görə, yalnız Xarkov şəhərində nikaha daxil olanlardan müvafiq olaraq hərbi qeydiyyat sənədi tələb olunur.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub