ABŞ-ın Viskonsin ştatının sakini Cozef Yakubovski hökuməti tənqiddə və prezident Donald Trampı öldürməklə hədələməkdə təqsirli bilinib.
Mynews.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, Medison (Viskonsin) məhkəməsi 33 yaşlı müttəhimə 14 il həbs cəzası verib.
İstintaqın nəticələrinə əsasən, cari ilin aprelində Yakubovski poçt vasitəsilə Ağ evə, Trampın adına 160 səhifəlik “manifest” yollayıb. O, məktubunda ABŞ-ın hazırkı administrasiyasından narazılığını bildirib. Bundan sonra o, mağazadan odlu silah oğurlayaraq gizlənib. Onun axtarışına 150-dən çox hüquq-mühafizə orqanlarının əməkdaşı cəlb olunub. Qaçağı yalnız 10 gündən sonra saxlamaq mümkün olub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub