Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın qardaşı Kim Çen Namın qətli üçün 90 dollar ödənilib.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu haqda qətldə şübhəli bilinən 25 yaşlı Siti Aysia bildirib.
O, dindirilmə zamanı iddia edib ki, qətldə iştirak etdiyindən xəbərsiz olub. İndoneziyalı qadının sözlərinə görə, Koreya və Yaponiya görünüşlü insanlar ona realiti-şouda iştirak etməyi təklif ediblər və bunun üçün 90 dollar veriblər. Siti Aysia guya hesab edirdi ki, onun əllərindəki nəsə kosmetik yağ olub.
Eyni versiyanı ikinci şübhəli – 29 yaşlı Vyetnam vətəndaşı Doan Txi Xıonq da səsləndirir.
Malaziya polisləri isə iddia edirlər ki, hər iki xanım özlərinin zəhərlənməməsi üçün ehtiyat tədbirlər görüb. Ekspertlər aeroportun yoxlanılması zamanı zəhərli maddələrin heç bir izini tapmayıblar.
Xatırladaq ki, qətl hadisəsi fevralın 13-də baş verib. Hadisənin baş verdiyi Kuala-Lumpur aeroportunun təhlükəsizlik kameralarından da göründüyü kimi bir qadın Kim Çen Nama arxadan yaxınlaşaraq onun üzünü zəhərlənmiş parça ilə örtüb. Qadın daha sonra əllərini yumaq üçün tualetə gedib. Qurban isə 20 dəqiqə sonra ölüb.
Malaziya Kimyəvi Silahların Analiz Mərkəzində aparılan araşdırmalar nəticəsində məlum olub ki, Kim Çen Nam sinir-iflicedici xüsusiyyətə malik kimyəvi silah sayılan zəhərləyici maddə (VX Nerve Agent) ilə qətlə yetirilib.
1
Qətərdə fövqəladə vəziyyət elan edildi
1339 dəfə oxunub
2
İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi
1337 dəfə oxunub
3
"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək
1331 dəfə oxunub
4
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
1323 dəfə oxunub
5
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1289 dəfə oxunub