“Ölkə.Az” xəbər verir ki, bu barədə Amerika Maliyyə Nazirliyi məlumat yayıb. Verilən xəbərlərə görə, başda Şimali Koreya olmaqla, bir neçə ölkəyə şamil ediləcək yeni sanksiyalar, eyni zamanda iş adamlarına və sənətçilərə də tətbiq ediləcək.
Sanksiyalar tətbiq ediləcək şəxslərin çoxu Şimali Koreya ilə əlaqəli olan iş adamlarıdır. Bu şəxslər arasında isə tanınmış adlardan olan Gülnarə Kərimova da var. Özbəkistanın ilk prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova ABŞ-da sevilməyən insanlar siyahısına daxil edilib.
Amerika hökuməti Gülnarə Kərimovanı vəzifəsindən sui-istifadə etməklə, Şimali Koreya ilə ticarət əlaqələri qurmaqda ittiham edir. Vurğulanıb ki, Gülnarə Kərimova Şimali Koreyaya benzin, qida məhsulları, elektrik avadanlıqları aparıb və orada ticarət şəbəkəsi qurub.
Məsələ ilə bağlı amerikalı diplomatlar “Reuters” agentliyinə bildiriblər ki, sanksiyaya düşən insanların siyahıları artıq hazırdır. Siyahı bu həftə təsdiqlənəcək. Məsələyə Çin hökumətindən nə münasibət göstəriləcəyi isə hələlik məlum deyil.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub