ABŞ BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınması haqqında qətnamə layihəsinin əleyhinə səs verən, bitərəf qalan və səsvermədə iştirak etməyən dövlətlərin nümayəndələrinə xüsusi ziyafət verəcək.
Mynews.az Report-a istinadən bildirir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyle bildirib.
O, həmin dövlətlərin BMT-dəki təmsilçilərinə göndərdiyi məktubda təşkil olunacaq tədbiri “ABŞ-la dostluqlarına görə təşəkkür” ziyafəti adlandırıb.
Ziyafət 2018-ci il yanvarın 3-də veriləcək.
Qeyd edək ki, ötən gecə BMT Baş Assambleyası Türkiyə və Yəmənin təqdim etdiyi “İsrailin işğal edilmiş Şərqi Qüdsdə və Fələstin ərazisinin qalan hissəsində qanunsuz fəaliyyəti” adlı qətnamə layihəsini təsdiqləyib. Sənədin lehinə 128 ölkə səs verib.
ABŞ, İsrail, Qvatemala, Honduras, Marşall adaları, Toqo, Nauru, Palau, Mikroneziya qətnamə layihəsinin əleyhinə olub. 35 dövlət, o cümlədən Çexiya, Argentina, Avstraliya, Latviya, Polşa, Xorvatiya isə bitərəf qalıb.
Gürcüstan, Ukrayna, Moldova, Monqol Eli, Zambiya daxil olmaqla, 21 ölkə səsvermədə iştirak etməyib.
Beləliklə, ABŞ yanvarın 3-də İsrail də daxil olmaqla, 64 dövlətin nümayəndəsinə “təşəkkür ziyafəti” verəcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub