İstanbul Böyükşəhər Bələdiyyəsi Mühafizə İdarəsinin rəisi Tayfun Karalı işdən qovulub.
A24.az xəbər verir ki, buna səbəb rəisin mühafizəçini döyməsidir.
Belə ki, bir neçə gün öncə Tayfun Karalı mühafizəçini təhlükəsizlik lentini icazəsiz istifadə etdiyi üçün təhqir edib. Hirsi soyumayan rəis daha sonra mühafizəçini şillələyib. O, zərbələrin təsirindən huşunu itirib. Bundan sonra xəstəxanaya yerləşdirilib.
Hadisə lentə alınıb.
Məsələ ilə bağlı İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Mevlüt Uysal öz “Twitter” hesabında məlumat paylaşıb. Bildirilir ki, Tayfun Karalı vəzifəsindən uzaqlaşdırılıb. Onun barəsində araşdırma başlanılıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub