Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Engin Altayı dinlədikdən sonra müxalifət partiyasının vəziyyətinin üzücü olduğunu deyib.
Ərdoğan öncə Altayın dediyi “Bu hökumət dünyanın ən doğru işini belə görsə, bizim bu hökuməti alqışlayacaq halımız yoxdur. Millətin bizə verdiyi vəzifə budur” sözlərini hər kəsə dinlədib.
“Həmd olsun, bunlar olsun ki, Ədalət və İnkişaf Partiyası xidmətə davam etsin. Türkiyədəki müxalifət budur. Hər şey açıq-aşkar ortadadır. Belə bir gündəm ola bilər? Üzücü bir mənzərə ilə qarşı-qarşıyayıq. Türkiyənin ən böyük əngəli öz içindəki qafilləri oyatmaqda çətinlik çəkməsidir. Hazırda ölkəmiz sərhəd təhlükəsizliyindən, iqtisadiyyata hər sahədə mücadilə edir. Mənim əziz millətim bu qədər işlər görülərkən onu pisləyənə yaxşı etdin deyərmi? Ağıllanın! Həmd olsun belə bir müxalifət var. Türkiyədəki ən böyük sıxıntı, aparıcı müxalifət partiyası sıxıntısıdır. Bu 2019-cu ildə sandıqları partladan millət olacağıq”- deyə Ərdoğan bildirib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub