Rusiyanın Novosibirsk şəhərində qara rəngdə qar yağıb, bəzi yerlərdə qarın qalınlığı bir neçə santimetrə çatıb.
A24.az Rusiya KİV-inə istinadən xəbər verir ki, qara kül formasında olan yağıntı şəhərdə təpəciklər əmələ gətirib.
Eyni zamanda yağıntı paltarların üzərində də qalır.
Bu yağıntıların mənbəyi kömür-mazut yanacağı ilə fəaliyyət göstərən zavodun qazanxanasıdır.
Novosibirsk meri Anatoli Lokot sakinlərin şikayəti əsasında Novosibirsk Elektrovoz Təmiri Zavodundan (NETZ) qazanxananı qazla işlətmək prosesinə keçidi sürətləndirməyi tələb edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub