24 yaşlı qız oğlanın evlilik təklifini rədd etdiyinə görə canından olub.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Hindistanda Sandhya Rani adlı 24 yaşlı qız Karthik Vanga adlı 25 yaşlı oğlan tərəfindən küçədə yandırılıb.
Hadisə baş verən günü Rani evə gedərkən Vanqa motosikletlə onu izləyib. O, qızın yanına yaxınlaşaraq niyə evlilik təklifinin rədd etdiyini soruşub, sonra da onun üstünə özü ilə gətirdiyi benzini töküb, qızı yandırıb.
Yoldan keçənlər onu xəstəxanaya çatdırıblar. Bədəninin 60 faizi yanan qız polisə ifadə verə bilib. O, cinayətkarın adını və səbəbini dedikdən bir neçə saat sonra həyatını itirib.
Qeyd edək ki, onlar əvvəllər həmkar olublar.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub