İngiltərə metrosunda dəhşətli anlar yaşanıb.
Londonda qatar stansiyaya daxil olanda bir nəfər platformanın bir tərəfindən qarşı tərəfə tullanıb.
Adı açıqlanmayan bu şəxsin əvvəl də buna bənzər video çəkib paylaşdığı bildirilir. Lakin o zaman stansiya boş olub. Bu dəfə isə həyatını riskə ataraq qatarın qarşısından tullanıb.
Həmin anın görüntülərini kameraya çəkən şəxs sosial şəbəkədə paylaşıb. Lakin ona reaksiyalar çox kəskin olub, hətta bəziləri onu "axmaq" adlandırıb.
London nəqliyyat idarəsi hadisə ilə bağlı araşdırma aparır. Nəqliyyat rəsmisi Stev Burton bu hərəkəti ilə həmin şəxsin təkcə özünü deyil, digər sərnişinləri də riskə atdığını bildirib.
"Bu heç də normal qarşılanmayacaq hadisədir. Bu cür hallara qarşı polislə birlikdə mübarizə aparmağa çalışırıq"-deyə, açıqlamasında bildirib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub