İtaliyanın Siciliya adasında bir təcili yardım işçisi insanları öldürərək mafiya ilə əlaqəli bir dəfnetmə şirkətindən pul aldığına görə polis tərəfindən həbs edilib.
Təcili yardım işçisi ən azı üç ölümcül pasienti evlərinə qaytararkən damarlarına iynə ilə hava vurub onları öldürməkdə təqsirləndirilir.
Mynews.az BBC-yə istinadən bildirir ki, dəfnetmə şirkətinin hər meyit üçün ona 300 avro (600 manat) ödədiyi iddia edilir.
İtaliya mətbuatı bunu "təcili ölümə yardım" qalmaqalı adlandırıb.
Polis təcili yardım işçisini keçmişdə mafiya üzvü olmuş bir nəfər və bir televiziya proqramının araşdırmasına əsasən həbs edib. Təcili yardım işçisi könüllü qətldə ittiham olunur.
İddia olunur ki, 42 yaşlı işçi kiçik Biankavilla şəhərinə pasientləri daşıyarkən onların damarlarına iynə ilə hava vurub. Nəticədə pasientlər emboliyadan ölüblər.
Pasientlərin ölümündən sonra, işçi onların ailələrinə Siciliya mafiyası ilə əlaqəli bir dəfnetmə şirkətindən istifadə etməyə tövsiyə edib. Şirkət isə hər dəfn üçün ona pul ödəyib.
Bəzi xəbərlər bu cinayətlərin 2012-ci ildən indiyədək törədildiyini və məlum olan ölümlərdən qat-qat çox insanın öldürüldüyünün mümkün olduğunu deyirlər.
İstintaqla məşğul olan təhqiqatçılar Biankavillada onlarla ölümü araşdırdıqlarını və yalnız 12 nəfərin ölümünün şübhəli olduğunu deyiblər. Bu 12 ölümdən isə hələ ki, yalnız üçü cinayət ittihamı araşdırmasını aparan dövlət məmuruna təqdim olunub.
1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub