Tələbə yataqxanasının əməkdaşı 9 oğlana təcavüz edib.
Publika.az xəbər verir ki, hadisə Türkiyənin İzmir şəhərində özəl yataqxanaların birində baş verib.
Bu iddalarla saxlanılan Ömər Faruk adlı şəxs ittihamları qəbul edib. Lakin 12 yaşlı bir tələbənin öz istəyi ilə cinsi əlaqədə olduqlarını deyib. O, bildirib ki, həmin uşaqla "Votsap" yazışmasında onu cinsi əlaqədə olmaq üçün çağırdığı açıq yazılıb.
“İddia edildiyi kimi digər uşaqlarla cinsi əlaqəm olmayıb” - deyə, ittiham edilən şəxs deyib.
2 uşağın cinsi istismara məruz qaldığı rəsmi olaraq təsdiqlənib.
Faktla bağlı araşdırma 12 yaşlı uşağın başına gələnləri anasına danışmasından sonra başlayıb. Polis yataqxanada 20-yə yaxın uşaqla görüşüb, pedaqoq və psixoloqlarının dəstəyi ilə onlarla söhbət edilib. 3 uşaq Ömər Faruk adlı əməkdaşın onlara təcavüz etdiyini deyib.
Şübhəlinin telefon və kompüterində uşaqlara aid şəkillər aşkarlanıb. Hətta onun "Votsap"da 9 uşaqla birlikdə qrup yaratdığı və orada cinsi məzmunlu mesaj və şəkillər paylaşdığı məlum olub.
İddialardan sonra bu ölkənin Təhsil Nazirliyi yataqxanın fəaliyyətini müvəqqəti olaraq məhdudlaşdırıb. Uşaqların bəziləri öz ailələrinin yanına gedib, bəziləri isə başqa yataqxanalara yerləşdirilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub