Səudiyyə Ərəbistanının hökuməti tələb edir ki, korrupsiyada ittiham olunaraq həbs edilən şahzadə Əl-Valid bin Talal azadlığı üçün 6 milyard dollara yaxın pul ödəsin.
Mynews.az oxu.az-a istinadən xəbərinə görə, bu barədə “The Wall Street Journal” jurnalında dərc edilən məqalədə bildirilir.
Qeyd olunur ki, hazırda milyarder digər həbs edilən şəxslərlə birgə Ər-Riyad hotellərinin birində saxlanılır. Onlardan bəziləri azadlığa çıxmaq üçün öz aktivlərinin bir hissəsini hökumətə verməyə razılaşıblar.
Nəşrin mənbələri iddia edir ki, Əl-Valid Bin Talal hələlik bu məbləği ödəməyə imtina edir. Şahzadə bildirib ki, bu addım faktiki olaraq korrupsiya ilə bağlı ittihamları qəbul etməkdir. Bunun əvəzinə milyarder hökumətə 8,7 milyarda dollar dəyərində qiymətləndirilən “Kingdom Holding” şirkətinin bir hissəsini təklif edir.
“Forbes” nəşrinin məlumatına əsasən, şahzadənin aktivləri 18,7 milyard dollar təşkil edir. O, Yaxın Şərqin ən zəngin insanlarından biri sayılır.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub