İraq Kərkükdən Ceyhana qədər uzanacaq yeni neft boru kəmərini inşa etmək üçün şirkətlərə dəvət göndərib.
Mynews.az OilGas.az-a istinadən xəbər verir ki, İraq dövlət şirkəti “Oil Projects Company” 350 km uzunluğundakı boru xətti ilə gündəlik 1 milyon barel neft nəql olunacağını açıqlayıb. Yeni kəmərlə maraqlanan şirkətlər yanvarın 24-ə qədər İraq hökumətinə müraciət etməlidir.
Layihənin “İnşa et-İşə sal-Təhvil ver” modelində həyata keçiriləcəyi bildirilir.
Qeyd edək ki, Kərkükdən Ceyhana qədər uzanan mövcud boru kəmərinin gündəlik 1,4 milyon barel neft daşıma tutumu var. Lakin İŞİD terror qruplaşmasının hücumları nəticəsində kəmər yararsız hala düşüb. 2014-cü ildən istifadə olunmur.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub