Avropa İttifaqı bazar ertəsi Belarusa qarşı silah embarqosunun, eləcə də dörd nəfərə qarşı fərdi sanksiyaların vaxtını uzadıb, ölkəyə biatlon üçün avadanlığın satışına icazə verilib.
Mynews.az xəbər verir ki, bu barədə Aİ Şurasının məlumatında deyilir.
Fevralın 27-də Aİ Şurası Belarusa qarşı sanksiyaların müddətini 2018-ci ilin fevralın 28-nə qədər uzatmaq barədə qərar qəbul edib.
“Bura silaha embarqo, həmçinin 1999-cu və 2000-ci illərdə iki müxalifətçi siyasətçinin, iş adamının və jurnalistin naməlum şəraitdə itkin düşməsi, dörd nəfərin vəsaitinin dondurulması və Aİ ərazisinə daxil olmasına qadağa qoyulması daxildir”, - Aİ Şurası bildirib.
Bununla yanaşı, sənəddə qeyd edilir ki, Şura “Belarusa biatlon üçün avadanlığın ixracına icazə verməklə” istisna edib. Kommünikedə qeyd edilir ki, tədarükçü hər dəfə bu avadanlığın satışı üçün üzv ölkələrin səlahiyyətli orqanlarına müraciət etməlidir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub