Hindistanın ən zəngin iş adamlarından biri, "almaz kralı" kimi tanınan milyarder Maheş Savani kasıb ailələrdən olan 251 qız üçün toy təşkil edib.
Metbuat.az-ın məlumatına görə, o, qızların toy və cehizlik xərclərini tam ödəyib. Eləcə də ataları olmayan, toy mərasiminə yollanan hər qızın bahalı gəlinlik paltarları, qızıl bəzəkləri də "ata" rolunu oynamış Savaninin hesabına alınıb.
Toyu olan qızlar arasında 5 müsəlman və bir xristian qız olduğu bildirilib.
Gəlinlərin hər birinə 7400 dollarlıq mebel və ev əşyaları da hədiyyə olunub.
Qeyd edilir ki, Maheş Savani 2012-ci ildən bu xeyriyyəçiliklə məşğuldur, hər il atasız qızların toylarını edir, bütün xərcləri ödəyir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub