Azərbaycan əsilli rusiyalı iş adamları Qod Nissanov və Zarax İliyevəməxsus “Kiyev meydanı” şirkəti “Olimpiyskiy” idman komplekslərini alıb.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, qeyd edilən idman kompleksi adı Rusiyanın ən zəngin insanları siyahısında olan Musa Bajayevin “Alyans” şirkətinə məxsus olub.
2017-ci ilin dekabrında bağlanan sazişin dəyəri açıqlanmır. Məlumata əsasən, “Olimpiyskiy” kompleksinin yeni sahibləri layihəyə ən azı 300-400 mln. dollar investisiya yatırmağı planlaşdırırlar.
“Olimpiyskiy” idman kompleksi “Sülh prospekti” metrostansiyasının yaxınlığında, 1980-ci ildə Moskvada keçirilən Olimpiya oyunları ərəfəsində tikilib.
Moskva merinin müavini Aleksandr Qorbenko hazırda “Olimpiyskiy” idman kompleksinə daxil olan obyektlərin köhnəldiyini və müvafiq tələblərə cavab vermədiyini bildirib.
“İdman kompleksinin yenidən qurulmasına ehtiyac var idi. Moskva üçün olduqca vacib olan bu obyektə investisiya yatırmağa hazır olan investor lazım idi”, - deyə Aleksandr Qorbenko “Forbes”ə bildirib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub