Adanada 14 yaşında evlənən, 16 yaşında ana olan bir qız qohumunun birlikdə olmaq istəyini qəbul etmədiyi üçün təhdid edilib, təcavüzə uğradığını iddia edib.
Təcavüz etdiyi iddia edilən şübhəli gənc qızla öz istəyi ilə birlikdə olduğunu deyib.
Tükürpədici hadisə təxminən 1 il öncə Sarıçam qəsəbəsində baş verib. T.A. 14 yaşında aşiq olduğu M.A. (29) ilə ailə həyatı qurub. T.A. 16 yaşında ilk uşağını dünyaya gətirib. 2 il öncə də ikinci qız övladı olub. İddiaya görə, T.A. əri və uşaqlarıyla xoşbəxt yaşayarkən ərinin qohumu M.E.A. (49) onunla birlikdə olmaq üçün gəlini M.A. (22) ilə birgə təhdidlərə başlayıb. Təklifi rədd edilən M.E.A. bu dəfə gəlini M.A.-nı da "götürərək" T.A.-nın evinə gedərək gənc qıza "Mənim səndən çox xoşum gəlir. Bunu gəlinim də bilir. Boş və lazımsız ərini at, yetər ki sən "hə" de, mən sənə gül kimi baxaram" deyib. Təklifi bir dəfə rədd edən T.A., M.E.A. və gəlini M.A.-nı evdən qovub. Məqsədinə çatmayan M.E.A.: "Səni rəzil edəcəyəm və yuvanı dağıdacam. İnsan içinə çıxa bilməyəcəksən" deyərək gənc qadını təhdid edib. Ərinə baş verənləri deyə bilməyən T.A. bu səfər M.E.A.-nın telefon vasitəsi ilə təhdidlərinə məruz qalıb. İddiaya görə, kişinin gəlini M.A. qonşusu kimi T.A.-nın evinə getdiyi vaxt alt paltarlarını oğurlayıb. M.E.A. gənc qadına mobil telefondan alt paltarlarının şəklini çəkərək göndərib, təhdidlərinə davam edib. Yuvasının dağılacağından qorxan T.A. mesaja cavab verməyincə kişinin gəlini M.A.: "Mən sənə nə dedim? Bu adamın əli-qolu "uzundur", istədiyini səndən alar. Qaynatamın təklifini qəbul et" deyərək təhdidini davam etdirib. Məqsədinə çatmayan M.E.A. gənc qadının telefon nömrəsini başqalarına paylayıb.
Tanımadığı kişilərin zəng etməyə başladıqları T.A. bir gün V.Ş. adlı şəxsin zəngi ilə qarşı-qarşıya qalıb. "Səninlə cinsi əlqaədə olmaq istəyirəm, əlimdə alt paltarı fotoların var. Bunu ərinə göndərərəm, mənə cinsi orqanının şəklini çəkib at" deyib. Gənc qadın qorxub nə edəcəyini bilməyərək, onun istədiyi fotonu çəkib, göndərib. Bundan sonra eyni təhdidlə və V.Ş. adlı şəxslərin təhdidindən qorxub müxtəlif zamanlarda onlarla görüşərək intim münasibətdə olub. Hər gün artan intim təkliflərdən bezən T.A. polisə olayla bağlı xəbər verib. T.A.-nın iddialarından sonra hərəkətə keçən polis şübhəli qohumu M.E.A., gəlini M.A.-nı və təcavüz etdiyi deyilən V.Ş.-nı saxlayıb. İfadələrində şübhəlilər ittihamları qəbul etməyiblər. Sözügedən şəxslər ifadələri alındıqdan sonra sərbəst buraxılıblar.
T.A. isə nə edəcəyini bilmədiyini, çox çarəsiz bir vəziyyətdə olduğunu deyib:
"Ərimə deyə bilmirdim, nəticədə namus məsələsi idi bu. Mən 2 uşaq anasıyam. Hər kəsdən mənə kömək etmələrini istəyirəm. Onlar hələ təhdid edərək çöldə gəzirlər. Məni yolda görəndə öldürəcəklərini deyirlər. Dövlət mənə 3 ay mühafizə olunmaq müddəti verdi". ///Milli.Az