Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İtlərinə toy edən biznesmenin qardaşı QALMAQALDA - Sakinlər ayağa qalxdı - FOTOLAR

Goranboy rayonu Heydər Əliyev prospektində yaşayan sakinlər evlərinin yaxınlığında böyük bir obyekt tikdirən Xaliq adlı şəxsdən şikayətçidirlər. Sonxeber.az bildirir ki, bu barədə GoldNews.Az-a şikayətçilər özləri məlumat veriblər. Bildiriblər ki, sakinlərin evinə cəmi bir balaca maşın və piyada yolu var. Həmin balaca yola isə Xaliq adlı sahibkar iki böyük anbar qapısı qoyur.

"Nəticədə obyekt istifadəyə verildikdən sonra anbara gələn bütün maşınlar yolu kəsəcək, sakinlərin rahatlığını pozacaq".

Sakinlər bildirirlər ki, onsuz da balaca olan küçə yolunun üstündə Univermaq binası yerləşir ki, ora da bəzən maşınlar gəlir. İkinci belə böyük obyektin anbarı olduğu halda yol tamamilə bağlanacaq.

"O zaman bu küçədə yaşayan sakinlərin evində bir hadisə baş versə, ambulans belə girə bilməyəcək. Eyni zamanda, maşınlar yolu bağlayacaq və piyadaların hərəkət etməsinə belə yol qalmıyacaq".

Həmin byektin arxasındakı evdə yaşayan, uzun illər internat məktəbində müəllimə işləmiş Səyyarə Dadaşova isə bildirir ki, xəstədir və anbara gələcək maşınların səs-küyü onu narahat edəcək. Bu obyekti tikdirən Xaliq adlı şəxs isə heç kimi nəzərə almır, vətəndaşlara yanğın çıxışı qapısı qoyduğu barədə doğru olmayan məlumat verir, hətta "özüm bilərəm, nə edərəm" kimi sözlər işlədir və bu küçədə yaşayan sakinlərin rahatlığını pozmağa meyl edir. Xahiş olunur bu barədə dövlətimizin rəsmi orqanları təcili tədbir görsünlər. Axı yaşayış sahəsində yaşayan dinc sakinlərin rahatçılığını pozmaq olmaz. Bu balaca küçə yoluna anbar qapıları qoymaqla insanların yolunu bağlamaq böyük bir qanunsuzluqdur.

Şikayətçilər : Dadaşova Səyyarə, Qarayeva Qiyafət, Həsənov Rüfət, Əmiraslanova Flora, Elvin Zöhraboğlu, Səmədova Sahibə, Hüseynova Təranə.
İtlərinə toy edən biznesmenin qardaşı QALMAQALDA - Sakinlər ayağa qalxdı - FOTOLARİtlərinə toy edən biznesmenin qardaşı QALMAQALDA - Sakinlər ayağa qalxdı - FOTOLARİtlərinə toy edən biznesmenin qardaşı QALMAQALDA - Sakinlər ayağa qalxdı - FOTOLAR

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...