Ermənistanda siyasi fəal Vardqes Qasparyan dövlət gəlirləri komitəsinin binası qarşısında etiraz aksiyası keçirib.
O, əlində “Harutyunyan, sən yalançı, canisən” sözləri yazılan plakat tutaraq erməni məmura etirazını bildirib. Siyasi fəal daha sonra yerə uzanmaqla etirazına davam edib.
Məlum olub ki, Qasparyan aldığı yükü 2 həftədir gömrükdə rəsmiləşdirə bilmir. Ararat gömrük orqanında bütün broker xidmətləri ona sənəd verməkdən imtina edirlər.
Onun fikrincə, bu, gömrük orqanı rəhbərinin əmridir, çünki gömrük məmurları mütləq kimdənsə asılıdırlar və "yuxarıların" əmrlərini yerinə yetirirlər.
Qasparyan "vahid pəncərə" sistemi ilə problemi həll etməyə çalışsa da, buna nail ola bilməyib. Sonda təkbaşına etiraz aksiyası keçirmək qərarına alıb. /Azvision.az
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub