Almaniyanın Bremerferde şəhərinin sakini ölümündən sonra övladlarına qoyduğu mirasla məşhurlaşıb.
Mynews.az bizimyol.info-ya istinadən bildirir ki, ömrü boyu yük maşınında sürücü işləmiş ata uşaqlarına 2,5 ton ağırlığında qəpik pul miras qoyub. Bütün qəpikləri banka daşımaq üçün yük maşını lazım gəlib. Bütün monetlər 1 və ya 2 pfenniq nominalında olub. Bu valyuta 2002-ci ildə tədavüldən qalxıb. Ata bu pulları 30 il ərzində toplayıb. Banka gətirilən bu qəpiklərin sayılması bir bank işçisinə tapşırılıb, o hər gün pulu saymaq üçün 1 saat vaxt sərf edib və yarım il ərzində bu prosesi baş çatdırıb. Atalarından övladlarına 8 min avro miras qalıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub