Mynews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Valeri Gerasimov bildirib.
"Bu baza Suriyanın cənubundadır, radiusu 55 km olan ərazi ilə məhdudlaşıb. Suriya, İordaniya və İraq sərhədlərinin kəsişməsində yerləşir. Kosmik və digər kəşfiyyat məlumatlarına əsasən, bazada silahlı dəstələr var. Onlar orada faktiki olaraq hazırlaşırlar", - deyə general "Komsomolskaya Pravda" nəşrinə müsahibəsində bildirib.
Gerasimov terrorçularım Suriyanın "Şəddadi" düşərgəsində də olduğunu qeyd edib. Onun sözlərinə görə, oradakı da silahlılar faktiki olaraq İŞİD terrorçularıdır: "Onlarla müəyyən müddət çalışdıqdan sonra, həmin dəstələr "rəngini" və adını dəyişərək, məsələn "Yeni Suriya Ordusu"na çevrilir.
"Onların vəzifəsi vəziyyəti gərginləşdirməkdir. Biz bilirik ki, Şəddadidən Ət Tənfa bazası istiqamətində 400-dək silahlı gedib . İŞİD-in əsas qüvvələri məhv edildikdən sonra, onlar hücuma keçərək, vəziyyəti gərginləşdirməyə çalışıblar. Lakin itki verərək, geri çəkilməli olublar", - deyə Gerasimov qeyd edib.Onun sözlərinə görə, hazırda 750-dək silahlı "Şəddadi" bazasında, 350-dək isə Ət Tanfa bazasındadır.
1
Azərbaycanlı gəlin toy qızılları ilə yoxa çıxdı - Video
1133 dəfə oxunub
2
Bir ailənin 6 üzvü dəm qazından zəhərləndi - Ölən var
1131 dəfə oxunub
3
ARB-nin yayımı 24 saatlıq dayandırılacaq
1116 dəfə oxunub
4
Sudanda 3 gün ərzində 6 mindən çox insan öldürüldü
945 dəfə oxunub
5
“Neftçi” “Kəpəz”ə qalib gəldi
943 dəfə oxunub