“Menşevik” fabrikində atışma onun sabiq direktoru ilə hazırkı rəhbərliyi arasında münaqişə nəticəsində başlayıb.
Mynews.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyasının İstintaq komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəsmisi Yuliya İvanova bildirib.
Onun sözlərinə əsasən, dekabrın 27-də fabrikin sabiq sahibkarı hazırkı rəhbərliklə mübahisə zamanı silah çıxarıb və mühafizəçiyə atəş açıb. Nəticədə, o, aldığı xəsarətdən keçinib.
“Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxs fabrikdədir və saxlanılmasına qarşı güclü müqavimət göstərir”, - deyə İvanova bildirib.
12:45
Naməlum şəxs Moskvanın cənub-şərqində yerləşən fabrikin binasında adamlara atəş açıb, nəticədə bir nəfər ölüb.
Mynews.az DİN-nin Moskva üzrə baş idarəsinin məlumatına əsasən bildirir ki, hadisə nəticəsində yaralananlar da var.
“Polis cinayətkarın saxlanılması üzrə əməliyyat aparır”, - deyə məlumatda qeyd edilir.
Qeyri-rəsmi mənbədən bildirilir ki, adamlara atəş açan şəxs fabrikin direktorudur.
TASS-ın xəbərinə görə, fabrikdə bir neçə nəfərgirov saxlanılır. Hadisə yerinə OMON və xüsusi təyinatlılar cəlb edilib.