Ata öz uşağını sakitləşdirmək məqsədilə iki qatladı və öldürdü.
Hadisə ABŞ-ın Arizona ştatında baş verib. 30 yaşlı ata Robert Rezendiz 6 aylıq oğlu ilə evdə tək qalıb. Uşaq dayanmadan ağladığı üçün Robert əsəbiləşib və onu sakitləşdirmək məqsədilə atıb-tutmağa, kobud şəkildə oynatmağa başlayıb.
Bununla da körpəni sakitləşdirə bilməyən kişi 6 aylıq körpə oğlunu dizinə yatıraraq kürəyindən vurub. Zərbələr nəticəsində körpənin mədəaltı vəzi, qaraciyəri, qabırğaları və ombasında çoxsaylı travmalar əmələ gəlib. Daha sonra o, uşağı əks istiqamətə çevirərək onurğa sütunu sındırıb. Şiddətli ağrılardan uşaq atasının dizində ölüb.
Faktla bağlı R.Rezendiz haqqında cinayət işi açılıb. Məhkəmə onun həbsxanaya göndərilməsinə qərar verib.
Məlum olub ki, 30 yaşlı R.Rezendiz daha əvvəl də müxtəlif cinayətlərdən məhbus həyatı yaşayıb və 250 min dollar müqabilində şərti olaraq azadlığa buraxılıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub