Rusiyanın Krasnoyarsk diyarında dəhşətli hadisə baş verib.
Milli.Az salamnews-a istinadən xəbər verir ki, Açinsk şəhər sakini yeni doğulmuş körpənin itlər tərəfindən parçalanmış cəsədini tapıb.
Aparılan ekspertiza tədbirləri nəticəsində körpənin dünyaya sağ gəldiyi və anası tərəfindən küçəyə atıldığı müəyyən edilib.
Bildirilib ki, şəhər sakinlərindən biri itinin xaltasını açaraq sərbəst buraxıb. Bir müddətdən sonra it içində gəmirilmiş körpə cəsədinin olduğu bağlamanı dartaraq gətirib. Sahibsiz itlərin yetirdiyi xəsarət o qədər böyük olub ki, körpənin cinsiyyətini müəyyən etmək mümkün olmayıb. Lakin ekspertlər körpənin dünyaya sağ gəldiyini bildiriblər. Onun ölüm səbəbi hələ ki, dəqiq müəyyən edilməyib.
Faktla əlaqədar cinayət işi açılıb. Uşağın valideynləri axtarışa verilib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub