Türkiyədə özəl xəstəxanada təcrübədə olan tələbə qız tələbələrin paltardəyişmə otağına kamera yerləşdirib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, tələbə oğlan çəkdiyi görüntüləri sosial şəbəkələrdə yayımlayıb. Qızlar sözügedən hadisədən xəbər tutduqdan sonra xəstəxana rəhbərliyinə şikayətlə müraciət ediblər.
Xəstəxana rəhbərliyi kameranı yerləşdirən şəxsi tapmaq üçün polisə müraciət edib. Aparılan araşdırmalar nəticəsində qızlarla birlikdə təcrübəyə gələn tələbə oğlanın kameranı soyunma otağına yerləşdirdiyinin üstü açılıb.
Tələbə oğlan və ona bu işdə kömək edən 2 işçi həbs edilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub