Dünyaca məşhur fələstinli qız, 16 yaşlı Ahəd əl Təmimi İsraildə həbs olunub.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, İordan çayının qərb sahilindəki növbəti reyd zamanı, gecənin bir aləmində Təmimilər ailəsinin evinə basqın edən isralli əsgərlər onu yataqdan qaldırıb döyüblər, sonra da ayaqyalın, başıaçıq vəziyyətdə aparıblar.
"Evimə soxulan israilli əsgərlər çarpayısında yatan Ahədi qaldırıb apardılar", - 16 yaşlı qızın atası Basem əl Təmimi deyib.
Onun sözlərinə görə, əsgərlər Ahədi qəddarcasına döyənlən sonra evdəki noutbukları və videokameoaları da özləri ilə aparıblar.

İsrailin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Ahəd əl Təmimi yaşadığı Nəbi Saleh kəndində iki israilli əsgərə hücum etməkdə və iğtişaşlarda iştirakda suçlanır.
Ahəd əl Təmimi 2012-ci ildə qardaşını həbs edən israilli hərbçilərə müqavimət göstərmiş və bu anların çəkildiyi video onu dünyaca məşhurlaşdırmışdı.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qızı qəbul etmiş, ona mükafat vermişdi.
Nəbi Saleh kəndində 16 yaşlı Ahəd 43 yaşlı anası Nərimanla birlikdə israilli hərbçilərlə müqayisə edib. Əsgərlərdən biri Nərimanı itələyib söyəndə Ahəd dözməyib və iki əsgəri şapalaqlayıb.
Dünən Ahəd əl Təmiminin məhkəməsi başlayıb.
Misirin paytaxtı Qahirədəki Əl Əzhər Universitetinin baş imamı şeyx Əhməd ət Teybə deyib: "16 yaşlı Ahəd Fələstinin azadlıq savaşının, zülmə müqavimətinin simvoluna çevrilib".
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub