ABŞ-ın Şimali Karolina ştatının Qrinsboro şəhərində yaşayan azərbaycanlı 9 yaşlı Fatimə Əsgərin "Aya and Maya" ("Aya və Maya") adlı kitabı nəşr olunub.
Bu barədə Kult.az-a tanınmış yazıçı, alim Ramiz Əsgər məlumat verib. O bildirib ki, 4-cü sinifdə oxuyan Fatimə hekayələr kitabında həssas uşaq qəlbini narahat edən məsələlər barədə söz açıb:
"Fatimə Əsgərin kitabının çap olunmasına Şimali Karolina universitetinin professoru olan atası Əli Əsgər kömək edib. O, məktəbə gedəndən və yazmağı öyrənəndən sonra bu hekayələrdən bir qismini kitab şəklində nəşr etməyi qərara alıb. Fatimənin 48 səhifəlik kitabında 12 hekayəsi toplanıb".
Qeyd edək ki, 9 yaşlı Fatimə tanınmış alim, Bakı Dövlət Universiteti türkologiya kafedrasının müdiri Ramiz Əsgərin qardaşı qızıdır.



1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub