Yeni ildə İkinci Dünya Müharibəsindən etibarən ən böyük humanitar böhran baş verə bilər.
Mynews.az “The Telegraph”a istinadən məlumatına görə, bu barədə Böyük Britaniyanın beynəlxalq inkişaf üzrə dövlət katibi Penni Mordaunt bəyan edib.
BMT-nin hesablamalarına əsasən, təşkilatın yaradıldığı vaxtdan ən acınacaqlı humanitar böhran 2017-ci ildə qeydə alınıb. Buna səbəb Yəmən, Nigeriya, Somali və Cənubi Sudanda baş verən hadisələr olub.
Lakin Penni Mordauntun fikrincə, ən çətin vaxtlar hələ irəlidədir.
“2017-nin dəhşətli humanitar böhranı ili kimi yadda qalmasına baxmayaraq, 2018-də daha da çətin ola bilər”, - o qeyd edib.
Böyük Britaniya böhranın nəticələrinin aradan qaldırılması üçün BMT-yə əlavə 21 milyon dollar ayırıb. Bu vəsait ehtiyacı olanların içməli su və ərzaqla təmin edilməsinə yönəlməlidir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub