İngiltərənin Liverpul şəhərində "Echo Arena" əyləncə meydanı yaxınlığında yerləşən 1,6 min maşının saxlanması üçün nəzərdə tutulan çoxmərtəbəli avtomobil dayanacağında yanğın baş verib.
Publika.az "Daily Mail"-ə istinadən xəbər verir ki, , həmin vaxt "Echo Arena" əyləncə meydanında beynəlxalq at sərgisi olub. Yanğınla əlaqədar atlar evakuasiya edilib, şou yarımçıq qalıb. Yerli sakinlər də tüstü ilə bağlı evlərini tərk etməli olublar.
Yanğının təsadüfən avtomobillərdən birində başladığı, sonra digər avtomobillərə keçdiyi bildirilir. Dayanacaqdakı avtomobillərin hamısı yanıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub