Dünya bir çox qəribə hadisələrin baş verdiyi ən unikal yerdir. İndi sizə 1980-ci illərdə baş vermiş, ağılasığmaz bir faciədən danışacağıq.
Cleveland Şar Faciəsi, 27 Sentyabr 1986-ci ildə 1.5 milyon şarın sərbəst havaya buraxılması nəticəsində baş vermiş hadisədir. Faciə nəticəsində 2 nəfər həyatını itirmiş sosial həyat demək olar ki, dayanmışdı.
1970- lərde Cleveland, Ohia adi bir yer idi. Amma 1986-ya qədər şəhərdə inkişaf prosesi getdi və Clevelandlılar bunu tarixin ən böyük havaya şar buraxılmasıyla qeyd etmək istədilər.
Bu bir rekord olacaqdı. 2500 könüllü 1.5 milyon şarı şişirdi. Dizaynerlər bütün bu şarları bir arada tutmaq üçün nəhəng bir tikili inşa etdilər, tikintinin təpəsinə də şarların uçmasına mane olması üçün nəhəng bir pərdə keçirdilər.
Bioloji cəhətdən parçalanan latekslərdən hazırlanan bu şarlar şəhərin ən uzun binası Terminal Toweri keçib Erie gölünə doğru uçmağı gözlənilirdi. Orada partlayıb yox olacaqdılar. Lakin hava şəraiti bu planı pozdu.
Əvvəlki gecə külək saatda 100 km sürətə çatmışdı. Bayramın keçiriləcəyi günün səhərində də hava o qədər də yaxşı deyildi.
Şarların havaya buraxılmasından dərhal sonra şarları bir yağış fırtınasına düşdü. Fırtına şarların istiqamətini də dəyişdi. Gölə gedəcək olan şarlar bir anda şəhərin içərisinə doğru yol almağa başladılar.
Cliveland hava limanı da eniş zolağına düşən şarları təmizləmək üçün 30 dəqiqəliyinə uçuşları dayandırdı. Şarlar Ohioyonun şimalına qədər getdi, hətta Erie gölünün Kanada sahillərinə belə çatdı.
Şarlar bir əkinçinin Ərəb atlarını qorxutdu və atlar özlərinə xəsarət yetirdilər. Fermer isə 100000 dollarlıq təzminat istədi və məhkəmədə qalib gəldi.
2 nəfər də şar faciəsi səbəbindən həyatını itirdi. 27 Sentyabrda iki balıqçının itkin düşdüyüylə bağlı xəbərlər yayıldı.
Amma sahil təhlükəsizlik xidməti balıqçıları axtarmadı. Çünki gölün üstü tamamilə şarlarla örtülmüşdü. Cliveland bir yerdə məqsədinə çatdı.
Rekordu həqiqətən qıra bildi. Guinness bu hadisəni Dünyanın ən böyük paralel zamanlı şar buraxılması rekordu kimi qeydə aldı.
Bu rekord bir daha da qırılmadı, çünki bu hadisədən sonra ekoloji tədbirlərdən məsələsində böyük şar buraxılmaları tamamilə qadağan olundu.