Ötən gün İstanbulun Maltepe rayonunda Ali Yardım (29) adlı şəxs, 2 və 4 yaşlarında 2 qızını tüfəngdən atəş açıb öldürdükdən sonra özünü vurub.
Mynews.az Milliyet-ə istinadən xəbər verir ki, arvadından boşanmaq üçün məhkəmə prosesləri davam edən Ali Yardımın həyat yoldaşı ilə yaşayan 2 qızını dünən evinə gətirdiyi məlum olub.
Hadisə 18:30 radələrində qeydə alınıb. İddiaya görə, ana Dilek Yardım gün boyu atalarının yanında qalan iki qızını götürmək üçün boşanmaq üzrə olan ərinin evinə gəlib. Evə daxil olanda əri Ali Yardım, qızları 4 yaşlı Elif Mina və 2 yaşlı Miray Hiranın cəsədi ilə qarşılaşıb. Ana qarşılaşdığı mənzərə qarşısında şok keçirib.
İstintaq sonrası məlum olub ki, ata iki azyaşlı qızını tüfəngdən atəş açaraq öldürdükdən sonra, eyni silahla özünü vurub. Ali Yardım həmin mənzildə kirayə qalıb.
Dilek Yardımın yaxınlarından İlyas Çakır "Yazdan bəri boşanmaq üçün məhkəmə prosesləri davam edirdi. Ali Dileki təhdid edirdi. Bir neçə dəfə həbsxanada yatıb. Polisin nəzarəti altında uşaqlarını görməyə icazəsi var idi. Bu gün də icazə günü idi. İçəridə içki şüşələri olub" ifadələrini işlədib.
Qeyd edək ki, Ali Yardımın həftədə 1 gün qızları ilə qalmasına icazə verilibmiş.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub