Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cənazə namazına qatılıb.
Metbuat.az xəbər verir ki, prezident Ərdoğan Tarabyadakı köşkündən ayrılaraq 23 yaşlı əzələ xəstəliyindən dünyasını dəyişən Abdulla Samet Dəmir üçün hazırlanan cənazə mərasimində iştirak edib.
Cənazə namazından əvvəl Dəmirin ailəsinə başsalığı verən Ərdoğan, namazın ardından Abdulla Samet Dəmirin cənazəsini maşına qədər daşıyıb.
Mərasimə Dəmirin atası Avni, anası Sündüz, qardaşı Əmirhan Dəmir və bir çox səlahiyyətli nümayəndələr qatılıb.
Mərasimin ardınca Abdulla Dəmir Osmanqazi qəbirstanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, Ərdoğan mart ayında Dəmiri Sultanbəylidəki evində ziyarət etmişdi.

1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub