Türkiyənin məşhur xəbər aparıcısı Ece Üner canlı yayımda göz yaşlarını saxlaya bilməyib.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Habertürk"ün siması efirdə 2 və 4 yaşlı qızlarını tüfənglə öldürən və daha sonra intihar edən Ali Yardım barədə yayımlanan sujetdən sonra halı pisləşib.
E.Üner ağlayaraq polislərə etirazını bildirib:
"Onları qoruya bilmədik. Anaları söyləmişdi ki, polisə demişdik, amma onlar bizə sahib çıxmadı. Biz bunu, həqiqətən, qəbul edə bilmərik. İnsanı yaşat ki, dövlət yaşasın. Amma biz övladlarımızı yaşada bilmirik. Gələcəyimizi qorumuruq. İki balaca qəlb bu gün döyünmür".
Qeyd edək ki, övladlarını itirən Dilek Yardım boşanmaq istədiyini, amma həyat yoldaşının buna mane olduğunu deyib. O, ərinin bu səbəbdən belə bir cinayətə əl atdığını bildirib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub